Rusiyanın "Mətbəx" serialının aktyorları Bakıda gözəl və şən ziyafət verəcəklər VİDEO


Digərləri 11 Yan 2018 18:42:00 334 0

Rusiyanın "Mətbəx" serialının aktyorları Bakıda gözəl və şən ziyafət verəcəklər  VİDEO

Rusiyanın populyar "Mətbəx" ("Кухня") serialının aktyorları "Mətbəx səfərdə" ("Кухня на выезде") tamaşası ilə Bakıya gələcəklər.

Təşkilatçılar Trend-ə bildiriblər ki, tamaşanın premyerası aprelin 5-i və 6-sında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdiriləcək. Yaradıcı kollektiv video-müraciətdə hamını "Mətbəx" serialının əsasında tamaşaya qoyulan şən komediyanın premyerasına dəvət edir.

Tamaşanın süjet xəttinə əsasən qəhrəmanlar olduqca qısa müddət ərzində şəhər kənarındakı evdə gözəl ziyafət təşkil etməlidirlər. "Biz hamımız nəsə istəyirik... yoxsa istəmirik. İşə getmək üçün səhər tezdən durmaq istəmirik, lakin maaşın artırılmasını istəyirik. Yaxşı maşında getmək istəyirik, ancaq tıxaclarda qalmağı istəmirik. İstəyirik ki, körpəmiz heç olmasa azacıq yatmağa imkan versin, lakin uşaqlarımızın belə tez böyüməsini istəmirik. Və biz hamımız o qədər çox və bir dəfəyə istəyirik ki, heç kəs ömründə heç olmasa bir dəfə lazımınca düşünmək istəmir: mən əslində nə istəyirəm...".

Serialın qəhrəmanlarının nə istədiklərini tamaşaçılar serialda ayırd edəcəklər. Onlar personajlardan maskaların necə qoparılaraq əsl simalarının üzə çıxarıldığını, qəhrəmanların çətin vəziyyətlərin öhdəsindən necə gəldiyini göstərməlidirlər. Hansı maskalar, hansı simalar və məhz hansı vəziyyətlər? Bunu yalnız tamaşaçılar biləcəklər...

Tamaşanın müəllifləri Boris Komarov, Andrey Valtsdır, quruluşçu rejissoru isə İvan Minevtsevdir. Rolları Nikita Tarasov, Olqa Kuzmina, Mariya Qorban, Mixail Başkatov, Mixail Tarabukin və Valeriya Fyodoroviç ifa edirlər.

Biletlərin qiyməti 20 manatdan 150 manatadəkdir. Evdən və ya iş yerindən çıxmadan https://iticket.az/events/kuxnya-na-viyezde saytına daxil

olaraq tamaşaya bilet əldə etmək mümkündür. Pulsuz çatdırılma üçün (077) 600