20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar film nümayişlərinə başlanacaq


Digərləri 11 Yan 2018 18:42:00 293 0

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar film nümayişlərinə başlanacaq

20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar film nümayişlərinə start veriləcək

Bakı. 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar yanvarın 15-dən 19-dək Milli Qəhrəmanlara həsr olunmuş sənədli filmlər nümayiş olunacaq. Trend-in məlumatına görə, filmlərin nümayişi Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə İdarənin tabeliyində olan mədəniyyət müəssisələrində baş tutacaq.