Bakıda qanunsuz parkinq


Digərləri 11 Yan 2018 18:36:00 345 0

Bakıda qanunsuz parkinq

Keçən il Bakının Füzuli küçəsində şəhərdə ilk avtobus zolağı salınmışdı. 

Son.az xəbər verir ki, sakinlərin iddialarına görə, bu küçədə olan kommersiya obyektləri özləri üçün parkinq təşkil ediblər. Bu parkinq yerləri səkinin daralması hesabına təşkil edilıb.

Eyni zamanda bu parkinq avtobus zolağının üzərində qurulub və qanunsuzdur.

Hazırda həmin ərazidə bir-birinə zidd olan iki yol-hərəkət nişanı var. Avtobuslar üçün nəzərdə tutulmuş zolaqdakı "Bus" və həmin zolağın üzərində "parkinq" nişanı ciddi qəza şəraiti yaradır.


Xəbərə aid foto