Pakistanda da etirazlar başladı - Qaçırılan məktəbli qıza görə


Digərləri 11 Yan 2018 18:19:34 212 0

Pakistanda da etirazlar başladı - Qaçırılan məktəbli qıza görə

Pakistanın Qasur şəhərində itkin düşən 7 yaşlı qızın meyiti tapılıb.

Bakı. Pakistanın Qasur şəhərində itkin düşən 7 yaşlı qızın meyiti tapılıb. Qızın təcavüzə uğradığı xəbərini eşidən sakinlər etiraz aksiyası keçirir. Trend-in məlumatına görə, yüzlərlə etirazçı günahkarların tutulmasını tələb edir. Yolları bağlayan aksiya iştirakçıları ötən il ən azı 12 qız uşağının qaçırılıb təcavüzə məruz qalması və öldürülməsinə rəğmən indiyədək heç bir şübhəlinin həbs edilmədiyini bildirirlər.