"Borussia" futbolçuları toyuq dönərindən zəhərləndilər


İdman 11 Yan 2018 18:08:00 345 0

"Borussia" futbolçuları toyuq dönərindən zəhərləndilər

"Borussia Dortmund"un İspaniya toplanışnını son günündə xoşagəlməz hadisə yaşanıb.

Goal.az xəbər verir ki, komandanın 9 futbolçusu toyuq dönərindən zəhərlənib. Ömer Torpak, Nuri Şahin, Roman Bürki, Roman Vaydenfeller, Mark Bartra, Andre Şürrle, Kristian Pulişiç, Yakob Bruun Larsen, Dominik Raynman xəstəxanada müayinədən keçirilib. Onlara mədə-bağırsaq iltihabı diaqnozu qoyulub. Zəhərlənən futbolçular yanvarın 14-də "Wolfsburg"a qarşı oyuna qədər düzələcəyi gözlənilir.