ADB-nin Azərbaycan üzrə direktoru "Report" İnformasiya Agentliyinin qonağı olub


İqtisadiyyat 11 Yan 2018 17:34:15 341 0

ADB-nin Azərbaycan üzrə direktoru "Report" İnformasiya Agentliyinin qonağı olub

Qonaqlar Agentliyin baş redaktoru və iqtisadiyyat şöbəsinin əməkdaşları ilə görüşüb

Bu gün Asiya inkişaf Bankının (ADB) Azərbaycan üzrə direktoru Nariman Mannapbekov və Bankın ekspert qrupu “Report” İnformasiya Agentliyinin ofisində olub.

Qonaqlar Agentliyin baş redaktoru və iqtisadiyyat şöbəsinin əməkdaşları ilə görüşüb.

Baş redaktor Murad Əliyev görüşdə “Report”un fəaliyyət istiqamətləri barədə məlumat verib və bildirib ki, Agentlik beynəlxalq maliyyə institutları ilə, o cümlədən ADB ilə əməkdaşlıq etməkdə maraqlıdır.

ADB-nin Azərbaycan üzrə direktoru N.Mannapbekov da Bankın Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını dəstəklədiyini bildirib. O, ADB-nin “Report”la əməkdaşlıq etməkdə maraqlı olduğunu və bu əməkdaşlığın davamlı olacağına ümid etdiyini bildirib.