"İrana qarşı sanksiyaların ləğvi beynəlxalq ticarətə müsbət təsir edib"


Dünya 11 Yan 2018 17:34:00 282 0

"İrana qarşı sanksiyaların ləğvi beynəlxalq ticarətə müsbət təsir edib"

İranın nüvə proqramı üzrə Birgə hərtərəfli Fəaliyyət Planının icrası çərçivəsində rəsmi Tehrana qarşı sanksiyaların aradan qaldırılması beynəlxalq ticarətə və Avropa İttifaqının (Aİ) İranla iqtisadi münasibətlərinə müsbət təsir göstərib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini İranın xarici işlər naziri ilə danışıqların yekununu şərh edərkən deyib.

Xanım F.Mogerini qeyd edib ki, Aİ sanksiyaların ləğvi prosesinin tamamilə başa çatdırılmasına təkid edir.

O əlavə edib ki, İranla nüvə razılaşması işləyir və Avropa İttifaqı onun bütün iştirakçıları tərəfindən icrasına nail olmağa çalışacaq: