"Qızım istəyirdi ki, heç kim olmasın"


Digərləri 11 Yan 2018 17:39:00 267 0

"Qızım istəyirdi ki, heç kim olmasın"

Ötən gün "Sayqa ilə bu axşam" verilişinin qonağı olan Mənzurə Musayeva övladlığa götürdüyü qardaşı qızına etdiyi toydan danışıb.

Son.az xəbər verir ki, verilişin aparıcısı Sayqa Cahid "Toydan öncə istəmisiniz ki, mediaya bağlı toy olsun" sözləri ilə müğənni qonağına müraciət edib.

Mənzurənin aparıcının ona ünvanlanan sözlərinə cavabını təqdim edirik:

"Mən istəmədim. Qızım istəyirdi ki, heç kim olmasın. Sonra bir az götür-qoy etdim. Dedim indi, Manafda, maşallah, 3 dənədir də. Birində medianı dəvət etməsə, birində edər. Dedim, məndə bir dənədir. Eybi yox ... Qız mənlə dava etsə də, qoy mediaya açıq olsun. Toydan və mediadan razı qaldım". 


Xəbərə aid fotolar