Şamaxı və İsmayıllıda yollar buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib (FOTO/VİDEO)


Digərləri 11 Yan 2018 17:15:00 236 0

Şamaxı və İsmayıllıda yollar buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib (FOTO/VİDEO)

Ötən gün günorta saatlarından etibarən Şamaxıya yağan qar bir sıra çətinliklər yaradıb.

Bakı. Ötən gün günorta saatlarından etibarən Şamaxıya yağan qar bir sıra çətinliklər yaradıb. Trend "ARB"-ə istinadən xəbər verir ki, süsusən də dağ kəndlərinə gedən yollar buz bağlayıb. Qızmeydan-Qəleybuğurd-Pirbəhli və Zaradxeybəri kəndlərinə gedən yolda avtomobillərin hərəkətində məhduddiyyətlər yaranıb. Bəzi sürücülər avtomobilləri yol kənarında saxlamalı olublar. Bakı-Şamaxı- Yevlax, Şamaxı-Muğanlı-İsmayıllı və Şamaxı-Pirqulu magistralları səhər saatlarında buz bağlayıb. Əraziyə cəlb olunmuş texnika və canlı qüvvənin köməyi ilə yollar təmizlənib, qum-duz qarışığı səpilib.