Bakıda qəzada xəsarət alanların adları məlum oldu


Digərləri 11 Yan 2018 17:27:00 181 0

Bakıda qəzada xəsarət alanların adları məlum oldu

Bakıda sərnişin avtobusunun betonqarışdıran maşınla toqquşması nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib.

Bakı. Samir Əli - Bakıda sərnişin avtobusunun betonqarışdıran maşınla toqquşması nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə Trend-ə 3 saylı şəhər Klinik Xəstəxanasından məlumat verilib. Məlumata görə, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 1955-ci il təvəllüdlü Əmrahova Gülxanım Vəli qızı döş qəfəsi və sol ayağının əziyi, 2004-cü il təvəllüdlü Alışov Əmrah Əliağa oğlu isə sol əlin ön hissəsinin kəsiyi, üz və boyun nayihələrinin əziyi xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Xatırladaq ki, hadisə Nizami rayonunda qeydə alınıb. Rayon ərazisində 214 saylı sərnişin avtobusu metronun "Qara Qarayev" stansiyasının yaxınlığında qəzaya uğrayıb.