"Deyirlər ki, restoranda qadınla tutublar" Elariz hər şeyi açıqladı VİDEO FOTO


Şou-biznes 11 Yan 2018 17:00:00 391 0

"Deyirlər ki, restoranda qadınla tutublar"  Elariz hər şeyi açıqladı  VİDEO  FOTO

"ARB Ulduz"un "Virtual həyat" proaramının növbəti qonağı müğənni Elariz Məmmədoğlu olub.

Son.az bildirir ki, toy mövsümü öncəsi haqqında qara reklam kampaniyalarının bilərəkdən irəli sürüldüyünü deyən müğənni artıq bu kimi şayiələrə önəm vermədiyini söylədi.

"Əslində son dönəmlər haqqımda ortaya çıxan şayiələr vecimə deyil. Toy mövsümü öncəsi haqqımda nəsə xəbər yayırlar. Gah deyirlər səsi batıb, gah deyirlər artıq toya getmir, bizneslə məşğuldur, gah deyirlər hansısa restoranda qadınla tutublar. Hər dəfə bu cür şayiələr ortaya atılır. Bu söz-söhbətlər toylarımın sayını azaltmaq üçündür. Çünki hər zaman diqqət mərkəzindəyəm".

Ayağının altını qazan insanlarla məclisdə görüşəndə həmin adamların dondan-dona girib, özlərini mələk kimi apardığını söyləyən Elarizin də bildiyi bir şey var:

"Anti-reklamımla məşğul olan bir neçə nəfər var. Onları da tanıyıram. Sadəcə olaraq mən onların adını deyən kimi, müxbirlər gedib həmin adamlardan müsahibə götürəcəklər. Onlar da inkar edəcəklər. Sonda isə o adamlar bir az da reklam olunacaqlar.

Mənim ayağımın altını qazmağa çalışanlar məni görəndə bir öpürlər, bir qucaqlayırlar. Mən də onlara xoş sözlərimi deyirəm. Bununla da ayrılırıq".


Xəbərə aid fotolar