Bakıda dayanacaqlar dəyişdirildi (FOTO)


Digərləri 11 Yan 2018 16:52:28 184 0

Bakıda dayanacaqlar dəyişdirildi (FOTO)

Baskıda fəaliyyət göstərən 175 nömrəli marşrut xətti üzrə sərnişindaşımanın mövcud qaydalara uyğun təşkili məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib.

Bakı. Samir Əli - Baskıda fəaliyyət göstərən 175 nömrəli marşrut xətti üzrə sərnişindaşımanın mövcud qaydalara uyğun təşkili məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bu xətt üzrə Hövsən şossesi və Hövsan qəsəbəsində marşrut xətti üzrə 27 dayanacaq məntəqəsində müvafiq yol nişanları qoyulub. Dayanacaq məntəqələrindən 15 ədədi yeni təşkil edilib. Sərnişinlərin rahat şəkildə BakıKart əldə etməsi eyni zamanda kart balanslarını artıra bilməsi üçün 6 məntəqədə “MilliÖn” terminalları quraşdırılıb.