Mədəniyyət və Turizm Nazirliyi sökülən "Bakı" kinoteatrı ilə bağlı AÇIQLAMA verdi


Digərləri 11 Yan 2018 16:56:00 207 0

Mədəniyyət və Turizm Nazirliyi sökülən "Bakı" kinoteatrı ilə bağlı AÇIQLAMA verdi

Mədəniyyət və Turizm Nazirliyi "Bakı" kinoteatrının sökülərək onun yerində univermaq tikilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Bakı. İlhamə İsabalayeva – Mədəniyyət və Turizm Nazirliyi "Bakı" kinoteatrının sökülərək onun yerində univermaq tikilməsi ilə bağlı məlumatlara münasibət bildirib. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov Trend-ə deyib ki, "Bakı" kinoteatrı artıq Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində deyil: "Həmin kinoteatr uzun müddət əvvəl özəlləşdirilib".