Bakıda betonqarışdıran maşın avtobusa çırpıldı:


Digərləri 11 Yan 2018 16:48:00 281 0

Bakıda betonqarışdıran maşın avtobusa çırpıldı:

Bakıda sərnişin avtobusu betonqarışdıran maşınla toqquşub.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, Ramanada yerləşən Şuşa şəhərciyindən "Səkkizinci kilometr" bazarı istiqamətinə gedən 214 saylı sərnişin avtobusu metronun "Qara Qarayev" stansiyasının yaxınlığında qəzaya uğrayıb.

Sərnişinlərin sözlərinə görə, avtobusun sürücüsü dönmə əməliyyatı etmək istəyən betonqarışdıran maşına yol verməyib. Nəticədə betonqarışdıran maşın avtobusa çırpılıb.


Xəbərə aid fotolar