Boatenqdən "Juventus" futbolçusuna dəstək


İdman 11 Yan 2018 16:48:00 251 0

Boatenqdən "Juventus" futbolçusuna dəstək

"Eintracht"ın yarımmüdafiəçisi Kevin-Prins Boatenq "Juventus"un futbolçusu Blez Matuidinin rasizmə məruz qalmasına münasibət bildirib. Goal.az xəbər verir ki, qanalı havbek irqçiliyə görə tətbiq olunan cərimələrin az olduğuna işarə edib.

"Dərisinin rənginə görə təhqir olunan Blezi başa düşürəm. Belə hallarda klubun cəmi 20 min avro cərimələnməsi təəssüf doğurur. Matuidiyə dəstək vermək üçün onun nömrəsini istədim. Rasizmə qarşı vahid cəbhə yaradıb mübarizə aparmalıyıq.

Matuidi "Cagliari" ilə oyundan (1:0) sonra rasizmə məruz qaldığını bildirmişdi. amma A Seriyası Sardiniya klubunu cəzalandırmayıb. Səbəb kimi matçın inspektorunun protokolunda irqçiliklə bağlı qeyd olmadığı göstərilmişdi.