Şahid: Leyla Şıxlinskaya Klinikasında vergidən yayınmış sənədlər audit gələndə məhv edilib


Digərləri 11 Yan 2018 16:46:00 332 0

Şahid: Leyla Şıxlinskaya Klinikasında vergidən yayınmış sənədlər audit gələndə məhv edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə saxtakarlığında təqsirləndirilən “Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə saxtakarlığında təqsirləndirilən “Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Bəxtiyar Musayev klinikada baş həkim, cərrah işlədiyini, klinikanın sahibi Leyla Şıxliniskaya ilə münasibətlərinin normal olduğunu bildirib. B.Musayev işdən çıxmaq üçün ərizə yazdığını söyləyib. B.Musayev adına maaş kartı olduğunu təsdiqləsə də, aylıq nə qədər maaş aldığını açıqlamayıb: "Aylıq maaşdan əlavə əməliyyatlardan, xəstələrin müayinəsi üçün klinikaya edilən ödənişlərdən də qazanc əldə edirdim. Klinikaya gətirilən xəstələrin ödəniş edilmədən əməliyyat edilib-edilməməsi ilə bağlı suala isə cavab vermək istəmirəm. Çünkü bu mənim səlahiyyətimə aid deyil və maraqlanmıram. Elə xəstə olub ki, 20 min xəstəxanaya borcu qalıb. Nə etmək olardı? Elə xəstə olub ki, əməliyyat edilib, amma pul almamışam. Bilmirəm həmin pulu ödəyiblər, ya yox. Mənim klinikadan indi də 11 min manat alacağım var". Daha sonra şahid qismində Gülarə Bağırova dindirilib. Bildirib ki, paralel olaraq 5 saylı doğum evində işləyib. O qeyd edib ki, klinikada doğuş əməliyyatlarına görə pul alıb. Amma rəsmi maaşı olmayıb və orada müqavilə əsasında işləyib. G.Bağırova hazırda kartla da onlara maaş verildiyini deyib və doğuşdan 50 faizə qədər ödəniş aldıqlarını söyləyib. O, doğuş əməliyyatlarının qiymətinin əvvəllər 1250-1650 manat arasında dəyişdiyini qeyd edib: "Son aylarda ödənişlər 1000 manata qədər azalıb".