Fuad Muradov: Prezident İlham Əliyev "Mən hər bir azərbaycanlının prezidenti olacağam" fikrini bir daha təsdiqlədi


Digərləri 11 Yan 2018 16:22:00 225 0

Fuad Muradov: Prezident İlham Əliyev "Mən hər bir azərbaycanlının prezidenti olacağam" fikrini bir daha təsdiqlədi

Prezident İlham Əliyev "Mən hər bir azərbaycanlının prezidenti olacağam" fikrini bir daha təsdiqlədi.

Bakı. Azərbaycan Prezidenti İlham Əliyev “Mən hər bir azərbaycanlının prezidenti olacağam” fikrini bir daha təsdiqlədi. Bunu Trend-ə ötən gün Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsinə münasibət bildirən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib. F.Muradov qeyd edib ki, Azərbaycan Prezidentinin indiyə kimi atdığı hər bir addım ölkəmizin milli mənafeyinə, dövlətimizin maraqlarını qorumaqla perspektivli inkişafa xidmət edib: “Bu hadisə bütövlükdə Azərbaycan cəmiyyəti, eyni zamanda, ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən yüksək rəğbətlə qarşılanıb. Yəni 2018-ci ilin ölkəmizdə “Cümhuriyyət ili” elan edilməsi tək Azərbaycanın daxilində deyil, bütün dünyada qəbul edilir. Buna görə də hər bir azərbaycanlı cənab Prezidentlə qürur duymalı və onun ətrafında sıx birləşməlidir". Millət vəkili bildirib ki, bu qərardan irəli gələn öhdəliklərlə bağlı hər bir Azərbaycan vətəndaşı Prezidentə dəstək olmalıdır: “Ölkə başçısı son addımı ilə əvvəllər söylədiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam” fikrini bir daha təsdiqlədi. Hər kəs bunun şahididir ki, İlham Əliyev bütün azərbaycanlıların, eyni zamanda, ölkə hüdudlarından kənarda yaşayan həmyerlilərimizin prezidentidir. Bunu hər bir Azərbaycan vətəndaşı görür və yüksək qiymətləndirir”. Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda qurulduğunu vurğulayan komitə sədri deyib: “Şərqdə ilk dəfə olaraq qadınların müstəqil şəkildə seçkilərə qatılması tariximizdə qürurverici hadisə kimi yaddaşlara həkk olunub. Yüzillik tarixin varisi indiki müstəqil Azərbaycandır və biz bununla öz dövlətimizi dünya miqyasında təbliğ etmək imkanlarına malik olacağıq. Bu bizim üçün böyük avantajdır və cənab Prezidentin bu addımı hər birimizə daha düzgün yol göstərdi. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev M.Ə.Rəsulzadə ailəsinə, Azər Rəsulzadəyə, Rais Rəsulzadəyə daim diqqət və qayğı göstərib. Bu qayğı və diqqət bu gün də ümummilli liderin siyasi kursunun davamçısı olan cənab İlham Əliyev tərəfindən davam etdirilir. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın ilk parlament rəhbəri Əlimərdan bəy Topçubaşovun Fransanın paytaxtı Parisin Sen-Klu (Saint-Cloud) qəbiristanlığındakı məzarında qəbirüstü abidə ucaldılıb və tarixi əhəmiyyətə malik sinə daşı ölkəmizə gətirilərək Nizami muzeyinin ekspozisiyasına daxil edilib. Prezident İlham Əliyevin göstərişi ilə əməkdar rəssam Rais Rəsulzadənin 70 illik yubileyi keçirilib, fərdi sərgisi açılıb və kitabı nəşr edilib". F.Muradov əlavə edib ki, “Cümhuriyyət ili”nin elan edilməsi dövlətiçiliyimizin daha da inkişaf etdirilməsində, dünya səviyyəsində Azərbaycanın tanınmasında atılan mühüm addımların davamıdır: "Azərbaycan gəncləri adından Prezidentin bu addımını alqışladığımızı bildirir və hər zaman dövlətçilik və müstəqilliyimizin qorunub saxlanmasına töhfə verəcəyimizə söz veririk". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin