Banklara borclu olan şəxslər ölkədən qaçmaq istəyərkən tutulub


Digərləri 11 Yan 2018 16:25:00 239 0

Banklara borclu olan şəxslər ölkədən qaçmaq istəyərkən tutulub

Sadıxlı kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Gürcüstana keçməyə cəhd göstərərkən saxlanılıblar.

Bakı. Azərbaycan vətəndaşları 1983-cü il təvəllüdlü Xasməmmədov Sənan Səməd oğlu və 1981-ci il təvəllüdlü Xasməmmədov Elvin Azər oğlu Ağstafa rayonunun Sadıxlı kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Gürcüstana keçməyə cəhd göstərərkən saxlanılıblar. Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalar nəticəsində saxlanılan hər iki şəxsin müxtəlif banklara borclu olduqlarına görə məhkəmə qərarı ilə ölkədən çıxışlarının məhdudlaşdırılması və bu səbəbdən onların ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərmələri məlum olub. Bundan başqa, Azərbay­can vətəndaşı 18.06.1985-ci il təvəllüdlü Orucov Xəqani Soltan oğlu Qusar rayonunun Samur qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Rusiya Federasiyasına keçməyə cəhd göstərərkən saxlanılıb.