175 saylı marşrutda gediş haqqı bahalaşıb? - RƏSMİ açıqlama


Digərləri 11 Yan 2018 16:15:00 246 0

175 saylı marşrutda gediş haqqı bahalaşıb? - RƏSMİ açıqlama

Bu vaxta qədər kimsə avtobusla qısa məsafə qət edərək 20 qəpik ödəyirdisə, indi bu, mümkün olmayacaq.

Bakı. Samir Əli - Bakıda fəaliyyət göstərən 175 saylı sərnişin avtobusda yanvarın 13-dən etibarən məsafədən asılı olmayaraq gediş haqqı 30 qəpik olacaq. Bu barədə Trend-ə açıqlamasında "BakuBus" MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev deyib.