Maroş Şefçoviç Azərbaycana səfər edəcək


Digərləri 11 Yan 2018 15:57:00 274 0

Maroş Şefçoviç Azərbaycana səfər edəcək

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç Azərbaycana səfər edəcək.

Bakı. Ləman Zeynalova - Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə Avropa Komissiyasından məlumat verilib. M.Şefçoviç fevralın 15-də Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 4-cü iclasında iştirak edəcək. Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı isə ötən il fevralın 23-də keçirilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin