“Baku Business Factory” ilə Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi arasında müzakirələr aparılıb


İqtisadiyyat 11 Yan 2018 15:42:05 89 0

“Baku Business Factory” ilə Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi arasında müzakirələr aparılıb

Bakıda BBF-lə Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanacaq

Bu gün Tbilisidə “Baku Business Factory”nin (BBF) nümayəndələri Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyinin rəhbər şəxsləri ilə görüşüb.

“Report”un xəbərinə görə, BBF-in İdarə Heyətinin üzvü Anar Əskərov Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyinin direktoru George Zviadadze və Agentliyin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Maryam Laşxi ilə görüşü zamanı BBF-in fəaliyyəti, həyata keçirilən layihələrə göstərilən dəstək imkanları, mentorluq, layihələrə investisiyaların cəlb edilməsi və digər məsələlərlə bağlı ətraflı məlumat verib.

Uğurlu keçən görüşdə BBF-lə Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi arasında qarşılıqlı əməkdaşlıq, bu ölkənin startaplarının Azərbaycanda inkişaf etdirilməsi, Azərbaycanın startaplarının Gürcüstanda inkişafının təmin olunması istiqamətində müzakirələr aparılıb.

İlkin razılaşmaya əsasən, Bakıda BBF-lə Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanacaq. Bu isə Gürcüstanın startaplarının Azərbaycana, Azərbaycanın startaplarının Gürcüstana daxil olmasına təkan verəcək.

Qeyd edək ki, Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi 2014-cü ildə yaradılıb. Agentliyin əsas məqsədləri Gürcüstanda innovativ ekosistemin yaradılması, bir sıra sahələrdə innovasiya və texnologiyalardan istifadənin stimullaşdırılması, innovativ sahibkarlığın kommersiyalaşdırılması, İT və innovativ startaplara dəstək vermək və sairdir.

Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Keçmiş MTN generallarının məhkəməsi davam etdirilib like
  • 11 Yan 15:38  
Digərləri Keçmiş MTN generallarının məhkəməsi davam etdirilib

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlü

arrow Ətraflı
Ailəvi dost olduqları qadına əxlaqsız təklif edən şəxs like
  • 11 Yan 15:34  
Dünya Ailəvi dost olduqları qadına əxlaqsız təklif edən şəxs

Sakaryanın Kışla qəsəbəsindəki hərbi zavodda çalışan baş çavuş bar

arrow Ətraflı
Ermənistanı sabiq xarici işlər nazirinə təzminat ödəməyə məcbur ediblər like
  • 11 Yan 15:33  
Dünya Ermənistanı sabiq xarici işlər nazirinə təzminat ödəməyə məcbur ediblər

Avropa İnsan Haqları Məhkəməsi Aleksandr Arzumanyanın işi üzrə hökm ç

arrow Ətraflı
Nazirlərin dördüncü toplantısının tarixi müəyyənləşdi like
  • 11 Yan 15:29  
Digərləri Nazirlərin dördüncü toplantısının tarixi müəyyənləşdi

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlə

arrow Ətraflı
Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək like
  • 11 Yan 15:27  
Sosial Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 AZN-dir

arrow Ətraflı
İranı yenə güclü təkanlar "silkələyir" like
  • 11 Yan 15:25  
Dünya İranı yenə güclü təkanlar "silkələyir"

Son 3 saat ərzində İranda ardıcıl olaraq iki güclü zəlzələ qeydə alı

arrow Ətraflı
Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçiriləcək like
  • 11 Yan 15:23  
Digərləri Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçiriləcək

Qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiy

arrow Ətraflı
Daha bir kəndə ilk dəfə təbii qaz verildi like
  • 11 Yan 15:21  
Digərləri Daha bir kəndə ilk dəfə təbii qaz verildi

Yanvarın 11-də Beyləqan rayonunun İmamverdili kəndinə ilk dəfə təbii qa

arrow Ətraflı
Heydər Əliyev Beynəlxalq Aeroportundan yeni rekord like
  • 11 Yan 15:21  
Digərləri Heydər Əliyev Beynəlxalq Aeroportundan yeni rekord

Heydər Əliyev Beynəlxalq Aeroportu - Azərbaycanın paytaxtının əsas hava

arrow Ətraflı
2018-ci ildə Ermənistanda həyat səviyyəsi daha da azalacaq like
  • 11 Yan 15:20  
Digərləri 2018-ci ildə Ermənistanda həyat səviyyəsi daha da azalacaq

2018-ci ildə Ermənistanda vətəndaşların həyat səviyyəsinin ötən illə

arrow Ətraflı
Müğənni arvadı ilə keçmiş sevgilisinin VİDEOsunu görən ərdən like
  • 11 Yan 15:15  
Digərləri Müğənni arvadı ilə keçmiş sevgilisinin VİDEOsunu görən ərdən

Seda Sayanın Demet Akalına qarşı etdiyi səhvə ikincinin həyat yoldaşı

arrow Ətraflı
Nazir: "Kriptovalyutalardan istifadə etməyin" like
  • 11 Yan 15:11  
Dünya Nazir: "Kriptovalyutalardan istifadə etməyin"

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ölkə vətəndaşlarını krip

arrow Ətraflı
"Chelsea"nin futbolçusu yüngül qəza keçirib - FOTO like
  • 11 Yan 15:10  
İdman "Chelsea"nin futbolçusu yüngül qəza keçirib - FOTO

"Chelsea"nin yarımmüdafiəçisi Nqolo Kante yanvarın 11-də yü

arrow Ətraflı