Nazir: "Kriptovalyutalardan istifadə etməyin"


Dünya 11 Yan 2018 15:11:00 277 0

Nazir: "Kriptovalyutalardan istifadə etməyin"

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ölkə vətəndaşlarını kriptovalyutalardan istifadə etməməyə çağırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə İqtisadiyyat Nazirliyinin yaydığı bəyanatda deyilir.

Nazir qeyd edib ki, kriptovalyutadan istifadə etməməyin bir sıra səbəbləri mövcuddur:

"Kriptovalyutaların təminatı və iqtisadi əsası yoxdur. Bu isə onun istifadəsində risklər yaradır".