Keçmiş MTN generallarının məhkəməsi davam etdirilib


Digərləri 11 Yan 2018 15:04:00 249 0

Keçmiş MTN generallarının məhkəməsi davam etdirilib

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşları- general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natavan Mirvətova, qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşları- general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natavan Mirvətova, qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə Ağaisə Mahmudov epizodu üzrə təqsirləndirilən Natiq Alıyev və Füzuli Əliyev ifadə veriblər. Prosesdə təqsirləndirilən Sübahir Qurbanovun vəkili Adil İsmayılov cinayət işində əlavə şahidlərin məhkəməyə gətirilməsi barədə vəsatət qaldırıb. Dövlət ittihamçısı vəsatətin müzakirəsi üçün məhkəmədən vaxt istəyib. Vəsatət növbəti iclasda müzakirə ediləcək. Proses davam edir.