“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının tarixi müəyyənləşib


Digərləri 11 Yan 2018 15:07:00 205 0

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının tarixi müəyyənləşib

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının keçirilmə vaxtı fevralın 15-ə təyin edilib.

Bakı. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının keçirilmə vaxtı fevralın 15-ə təyin edilib. Energetika Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti toplantısının təşkili ilə əlaqədar Energetika Nazirliyində bir sıra görüşlər keçirilib və müzakirələr aparılıb. Məşvərət Şurasında iştirak etmək üçün müvafiq ölkələrə və bir sıra beynəlxalq maliyyə təşkilatlarına dəvət məktubları göndərilib. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının proqram və gündəliyinin hazırlanması ilə bağlı tədbirlər davam etdirilir.