Şou aləminin “biznesledi”ləri –


Şou-biznes 11 Yan 2018 14:25:00 370 0

Şou aləminin “biznesledi”ləri –

Şou-biznes nümayəndələrinin əksəriyyəti sənətlə yanaşı özləri üçün biznes də qurublar.

Son.az axşam.az-a istinadən məşhur xanımların əlavə bizneslərini təqdim edir:

Fatimə Fətəliyeva xına evinə, gözəllik salonuna, rəqs məktəbinə sahibdir. Sənətçinin həmçinin xəz mağazası var.

Tünzalə Əliyevanın xına mərasimlərinin təşkili ilə məşğul olan məkanı var.

Əkizlər Sevil və Sevinc Səfərova bacıları da müğənnilikdən başqa bizneslə məşğul olur. Onların ayaqqabı mağazası fəaliyyət göstərir. 

Xatirə İslam da məclislərin bəzədilməsi ilə məşğul olan dekor məkanına sahibdir.  Ayan Babakişiyevanın Türkiyədə biznesi var. O, yükdaşıma şirkətinə sahibdir.

Sevda Sanəliyevanın isə şirniyyat mağazası var. İfaçı hətta özü də şirniyyat bişirir.