Mançini milli komandada işləmək arzusundadır


İdman 11 Yan 2018 14:30:00 236 0

Mançini milli komandada işləmək arzusundadır

İtaliya millisinin baş məşqçisi postuna namizədlərdən olan Roberto Mançini "Gazzetto dello Sport"a müsahibə verib. Goal.az xəbər verir ki, 53 yaşlı mütəxəsis "mavi eskadra"nın sükanı arxasında keçmək istəyini gizlətməyib.

"Arzum məşqçi kimi dünya çempionatının qalibi olmaqdır. Futbolçu kimi bunu reallaşdıra bilməmişdim. 40 il ərzində hər gün meydanda çalışıram. Gənc mütəxəsis sayılıram. Milli komanda karyeramdan sonra kluba qayıtmaq üçün vaxtım olacaq. Böyük klublarda çalışıb titullar qazana bilmişəm. Milli komandaya rəhbərlik etmək gözəl imkandır. Bu, qürur mənbəyi olardı. Avropa və ya dünya çempionatında qalib gəlmək istərdim".