Fransalı yazıçı: "Azərbaycana məxsus Qarabağ atlarının tarixi vətəni işğal altındakı Qarabağ torpaqlarıdır"


Siyasət 11 Yan 2018 14:05:52 62 0

Fransalı yazıçı: "Azərbaycana məxsus Qarabağ atlarının tarixi vətəni işğal altındakı Qarabağ torpaqlarıdır"

Jan-Lui Quro: "Azərbaycan uzaqgörən siyasət yürüdərək Qarabağ atı üzərində oynanılan Çövkən oyununu YUNESKO-nun siyahısına daxil etdirib"

Fransalı yazıçı-publisist, “Qarabağ atı” kitabının redaktoru Jan-Lui Quro “Report”un Qərbi Avropa bürosuna müsahibəsi:

- Qarabağ atları ilə bağlı ilk məlumatı haradan əldə etmisiniz? Necə oldu ki, bu atlara maraq göstərməyə başladınız?

- Qarabağ atları haqqında XIX əsrdə Çar Rusiyası dövründə nəşr olunmuş atlarla bağlı bir kitabda oxumuşdum. Daha sonra SSRİ-yə səfərim zamanı rus atları ilə yanaşı, Mərkəzi Asiya, Qafqaz atları və Cənubi Qafqazın ən yaxşı atı hesab olunan Qarabağ atlarına rast gəldim.

Hələ Sovet İttifaqı dövründə Qarabağ atları azalmaq təhlükəsi ilə üzləşmişdi. Daha sonra təəssüflər olsun ki, Azərbaycanın müstəqilliyinin itkilər, faciələrlə başa gəldiyini eşitdim, Dağlıq Qarabağın işğal olunmasından, azərbaycanlıların doğma dədə-baba yurdlarını tərk etmək məcburiyyətində qaldıqlarından xəbər tutdum. Təbii ki, belə bir şəraitdə onsuz da azalmaqda olan Qarabağ atlarını yaxşı heç nəyin gözləyə bilməyəcəyini fikirləşdim. Bir neçə il bundan əvvəl Çövkən oyununun YUNESKO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na salınması məsələsinin müzakirəyə çıxarıldığını eşitdim. Azərbaycanın namizədliyinin təqdim edildiyi sessiyaya qatılmaq üçün Bakıya dəvət aldım. Çövkən oyununun YUNESKO tərəfindən yüksək qiymətləndirilməsi məni çox sevindirdi, hətta Fransa atçılığı da bu siyahıya daxil edilmişdi. Azərbaycana səfərim zamanı düşündüyümün əksinə olaraq Qarabağ atlarını yaşatmaq naminə böyük işlərin həyata keçirildiyinin şahidi oldum.

- Qarabağ atlarına məxsus xüsusiyyətlər hansılardır?

- Gözəllik, hərəkətlərindəki eleqantlıq və elastiklik. Onlarda bir aristokratlıq var.

- Çövkən oyununu hansı xüsusiyyətlərinə görə Qarabağ atları üzərində oynayırlar?

- Bu oyuna sürətli, çevik və dözümlü atlar lazımdır. Qarabağ atları bütün bu keyfiyyətlərə malikdirlər. Qarabağ atları həm də düşünmə qabiliyyətləri ilə də digər atlardan fərqlənirlər. Ona görə də Azərbaycan bu oyunun Qarabağ atı üzərində oynanılmasını tanıda bilib. Çövkən oyunu digər xalqlarda da mövcuddur və onlar bunu başqa atlar üzərində oynayırlar. Ancaq bu zaman oyunu uduzmaq ehtimalı daha artıq olur.

- Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal olunması nəticəsində Qarabağ atları daimi yetişdirildikləri ərazilərdən başqa yerlərə köçürülüblər. Bu atlar bir növ münaqişənin qurbanına çevriliblər... 

- Atlar heç bir siyasi mahiyyət daşımırlar. Qarabağ müharibəsi isə insanlığın ən dəhşətli faciələrindəndir. Bunun nəticəsində Azərbaycan xalqı maddi-mənəvi zərər görüb. Bu münaqişə atlar üçün də baha başa gəlib. Onlar doğma yurdlarını - Qarabağı tərk etməli olublar. Bu atların vətəni Qarabağdır. Qarabağ atları Norveç atlarından çox fərqlənirlər. Bunun da səbəbi onların yaşadıqları və öyrəşdikləri iqlimdir. Onların oyluqlar eyni deyil. Atın cinsi onun yaşadığı torpağa uyğun formalaşır. Əlcəzair atları Norveç iqliminə öyrəşə bilməz. Qarabağ atlarının doğma torpaqlarından didərgin düşməsi onlar üçün bir faciədir. Biz onlar üçün Qarabağın iqliminə bənzər iqlim tapa bilərik, lakin doğma yer başqadır.

Siyasi tərəfinə gəldikdə isə Azərbaycan uzaqgörən siyasət yürüdərək Qarabağ atı üzərində oynanılan Çövkən oyununu YUNESKO-nun siyahısına daxil etdirib. Bununla da bir daha bütün dünyaya nümayiş etdirib ki, Qarabağ atının beşiyi olan Qarabağ bölgəsi onun tarixi torpaqlarıdır. Yaxın vaxtlarda Azərbaycanın bu parlaq siyasətindən bəhs edəm məqaləm işıq üzü görəcək.

- Qarabağ atlarının sayının azalmasının qarşısını almaq üçün nə edə bilərik?

- Bır sıra at cinslərinin azalmasına, hətta yoxa çıxmasına səbəb onlara artıq ehtiyacın olmamasıdır. Atlar tarix boyu insanların xidmətində olublar. Onlar daha insanların işinə yararlı olmamaları səbəbindən azalmağa başlayırlar. Məsələn, Kazak atlarına kazakların daha mövcud olmadıqları bir dövrdə ehtiyac duyulmur.

Atların təbiətdə yaşaya bilmələri fikri yanlışdır. Onlarda insanlardan bir asılılıq mövcuddur. Atların azalmasının qarşısını almaq üçün onlara bir məşğuliyyət formasının axtarıb tapılması vacibdir. Dünyada atların məşğuliyyətinin üç müasir növü tanınıb. Bunlar əyləncə, yarış və atçılıq oyun növləridir. Mən Azərbaycanda Qarabağ atları ilə bağlı həyata keçirilən tədbirləri alqışlayıram. Hesab edirəm ki, Qarabağ atlarını yaşatmaq üçün Çövkən oyununu inkişaf etdirmək bu uğurlu siyasətin əsas elementlərindəndir.

Sovet İttifaqı atların azalaraq yoxa çıxmasına hərtərəfli mənfi təsir göstərib. Bu, həm də millətçiliyin, milli bütövlüyün zəifllədilməsi üçün bir üsul idi. Çünki atlar bir çox xalqlar kimi, Azərbaycan xalqı üçün də hər zaman milli qurur mənbəyi olublar.

Stethemin xanımı yarıçılpaq sessiya ilə qayıdır  FOTO like
  • 11 Yan 14:03  
Digərləri Stethemin xanımı yarıçılpaq sessiya ilə qayıdır FOTO

Ən populyar modellərdən olan Rozim Hantinqton-Uaytli ABŞ-ın Florida ştatı

arrow Ətraflı
Madriddə qocalar evi yandı like
  • 11 Yan 13:58  
Digərləri Madriddə qocalar evi yandı

İspaniyanın paytaxtı Madriddə qocalar evində baş vermiş yanğın nəticə

arrow Ətraflı
ABŞ Azərbaycanı terror təhlükəli ölkə elan etdi like
  • 11 Yan 13:50  
Siyasət ABŞ Azərbaycanı terror təhlükəli ölkə elan etdi

Son.az xəbər verir ki, ABŞ Dövlət Departamenti vətəndaşları üçün yen

arrow Ətraflı
Zidan: "Müqaviləmin olması da vəziyyətimi asanlaşdırmır" like
  • 11 Yan 13:48  
İdman Zidan: "Müqaviləmin olması da vəziyyətimi asanlaşdırmır"

"Real"ın baş məşqçisi Zinəddin Zidan İspaniya Kubokunda "Numancia"

arrow Ətraflı
Söküntü işləri zamanı ev sakininin başına kərpic düşdü like
  • 11 Yan 13:45  
Digərləri Söküntü işləri zamanı ev sakininin başına kərpic düşdü

Bakı şəhəri, Səbail rayonunda söküntü işləri zamanı ev sakininin baş

arrow Ətraflı
Siyəzəndə quşçuluq sexində yanğın olub like
  • 11 Yan 13:40  
Digərləri Siyəzəndə quşçuluq sexində yanğın olub

Siyəzən rayonunda quşçuluq sexində yanğın olub.

arrow Ətraflı
Havaların soyuması sosial sığınacaqları gündəmə gətirdi like
  • 11 Yan 13:38  
Digərləri Havaların soyuması sosial sığınacaqları gündəmə gətirdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müda

arrow Ətraflı
"Ərim işə getdikdən sonra evə onun libasında olan kişilər gəlir"  VİDEO like
  • 11 Yan 13:35  
Digərləri "Ərim işə getdikdən sonra evə onun libasında olan kişilər gəlir" VİDEO

ATV-də yayımlanan dini verilişdə izləyicinin ilahiyyatçıya verdiyi sual m

arrow Ətraflı
Azərbaycanın xarici işlər naziri Fransaya gedəcək like
  • 11 Yan 13:33  
Siyasət Azərbaycanın xarici işlər naziri Fransaya gedəcək

Elmar Məmmədyarov Parisdə rəsmi şəxslərlə bir sıra görüşlər keçir

arrow Ətraflı
Qanunsuz silahlar polisə təhvil verilib like
  • 11 Yan 13:33  
Digərləri Qanunsuz silahlar polisə təhvil verilib

Ötən gün vətəndaşlar tərəfindən xeyli sayda silah polis orqanlarına t

arrow Ətraflı