Olimpiya mükafatçısı komaya düşüb


İdman 11 Yan 2018 14:09:00 318 0

Olimpiya mükafatçısı komaya düşüb

Velosiped idmanının BMX növü üzrə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Yelle van Qorkom komaya düşüb. Goal.az xəbər verir ki, 27 yaşlı hollandiyalı idmançı məşq zamanı qəza keçirib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən van Qorkomun üz sümükləri, qabırğaları sınıb. Həmçinin, onun qaraciyəri, dalaq və böyrəyi zədələnib. Bu il iyunun 5 - 9-da Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı keçiriləcək.