Azərbaycanın xarici işlər naziri Fransaya gedəcək


Siyasət 11 Yan 2018 13:33:45 259 0

Azərbaycanın xarici işlər naziri Fransaya gedəcək

Elmar Məmmədyarov Parisdə rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfər edəcək.

"Report"un məlumatlı mənbələrə istinadən verdiyi xəbər görə, səfər yanvarın 16-dan 18-dək davam edəcək. 

E.Məmmədyarov Fransa rəsmiləri ilə görüşəcək və müzakirələr aparacaq. 

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Parisdə YUNESKO-nun mənzil-qərargahında olacaq və burada da bir sıra görüşlər keçirəcək.