"Ərim işə getdikdən sonra evə onun libasında olan kişilər gəlir" VİDEO


Digərləri 11 Yan 2018 13:35:00 265 0

"Ərim işə getdikdən sonra evə onun libasında olan kişilər gəlir"  VİDEO

ATV-də yayımlanan dini verilişdə izləyicinin ilahiyyatçıya verdiyi sual maraq oyadıb

.

Son.az Haberler-ə istinadla xəbər verir ki, ATV-də yayımlanan "Kuran ve Sünnet" verilişində adını açıqlamayan izləyici ilahiyyatçı Nihat Hatipoğluna cinlərlə bağlı sual ünvanlayıb.

Qadın izləyici "Hocam, səhər saatlarında ərim işə getdikdən sonra onun libasında olan kişilər gəlir. Salavat çəkirəm yoxa çıxırlar. Səbəb nədir?" - deyə sual verib.

İlahiyyatçı təəccüblənərək cavab verib:

"Ola bilsin ki, yuxuda görmüsən, sonra da yuxunun davamı kimi gözünə görünüb. Görünən varlıqlardan əlavə görünməyən varlıqlar da təbii ki var. Cin surəsində qeyd olunub. Amma onlar heç nə olmadığı halda yaxın təmas qurmurlar. Onları xəyal dünyanızdan çıxarın. Onların da, iman edənləri və etməyənlərin öz aləmləri var. Bizimlə işləri yoxdur. Onların şərrindən Allaha sığının".