Qanunsuz silahlar polisə təhvil verilib


Digərləri 11 Yan 2018 13:33:00 239 0

Qanunsuz silahlar polisə təhvil verilib

Ötən gün vətəndaşlar tərəfindən xeyli sayda silah polis orqanlarına təhvil verilib.

Bakı. Ötən gün vətəndaşlar tərəfindən xeyli sayda silah polis orqanlarına təhvil verilib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhər sakini Bəyim Yusifzadə 1 ədəd “Makarov” markalı tapançanı, Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini Əfqan Məmmədov, Sədərək kənd sakini Tural Əlizadə, Ordubad şəhər sakini Ümüd Mustafayev, Biləv kənd sakini Xanəli Quliyev, Parağa kənd sakini Əmrah Həmidli tapdıqları nömrələri silinmiş ümumilikdə - 4 ədəd “İJ” və 1 ədəd “Ortsan” markalı tüfəngləri, Ağdaş rayon sakinləri Natiq Qasımov, Süleyman Abidov və Mehman Osmanov isə “İJ” markalı 3 tüfəngi könüllü olaraq rayon polis şöbələrinə təhvil veriblər. Şəmkir rayonunun Keçili kəndi ərazisində polis əməkdaşları tərəfindən 1 ədəd “Karabin” tipli qundağı və lüləsi kəsilmiş tüfəng, 3 ədəd patron darağı və 238 ədəd müxtəlif çaplı patron tapılıb.