Zərgərlik və digər məişət məmulatlarına görə 188,6 min manat rüsumun ödənilməsi təmin edilib


Digərləri 11 Yan 2018 13:26:00 231 0

Zərgərlik və digər məişət məmulatlarına görə 188,6 min manat rüsumun ödənilməsi təmin edilib

Zərgərlik və digər məişət məmulatlarına görə 188,6 min manat rüsumun ödənilməsi təmin edilib.

Bakı. Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə 2017-ci il ərzində 188,6 min manat dövlət rüsumunun ödənilməsi təmin edilib. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib. Qeyd olunub ki, sahibkarların müraciətləri əsasında zəruri cihaz və avadanlıqlarla təchiz edilmiş stasiyonar və mobil laboratoriyada ölkədə istehsal edilən və xaricdən gətirilərək ticarət şəbəkələrində satışa çıxarılan qiymətli metallar və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları üzərində mütəmadi əyar nəzarətinin həyata keçirilməsi təmin edilib. Azərbaycan Prezidentinin 2016-cı il 20 aprel tarixli fərmanı ilə təsdiq edilmiş “Lisenziya və icazələr haqqında” sanunun 3 nömrəli əlavəsində “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 70-ci bəndinə əsasən, qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası icazələr növünə aid edilib və ümumilikdə 1404 hüquqi və fiziki şəxslərə icazə verilib.