Azərbaycanlı qız ermənilərlə əlbir oldu? FOTO


Digərləri 11 Yan 2018 13:14:00 1473 0

Azərbaycanlı qız ermənilərlə əlbir oldu?  FOTO

Azərbaycanlı qız ermənilərin köməyi ilə işğal altında olan Dağlıq Qarabağa getmək istəyir. 

Son.az istipress-ə istinadən xəbər verir ki, bu qalmaqallı iddia sosial şəbəkələrdə yayılıb. İddiaya görə, "Qafqaz" Universitetinin tələbəsi Fidan Türksoy adlı xanım gizli yollarla Qarabağa keçmək istəyir, bunun üçün də o, ermənilərlə əlaqə qurmaqdan belə çəkinməyib. Bu iddianın müəllifi isə sosial şəbəkə istifadəçisi olan Ziya Ata adlı şəxsdir.

Belə ki, gənc "Facebook" səhifəsində qızı erməni-dostları vasitəsilə Gürcüstandan keçərək işğal olunmuş Qaradabağı ziyarət etməyə çalışmaqda günahlandırır. Bununla yanaşı o, qeyd edir ki, məhz erməni dostları xanımın səfərini gizlədərək onun pasportuna Ermənistan, eləcə də qondarma rejimin möhürünün vurulmasının qarşısı ala bilərlər.

Z.Ata, həmçinin adıçəkilən xanımın ermənilərlə yazışmasını əks etdiridiyini iddia edən fotolar da paylaşıb. 

Gənc qız isə öz növbəsində bütün bunların böhtan olduğunu, status və skrinlərə inanmamağı qeyd edib. Həmçinin Fidan yazıb ki, Z.Ata ilə şəxsi münaqişəsi var. Bütün bunlar planlaşdırılmış formada edilir. Bu açıqlamadan sonra o "Facebook" səhifəsini bağlayıb. 

Sosial şəbəkədə erməni dostlarının olduğunu təsdiqləyən tələbə erməni dilinin internet vasitəsilə öyrəndiyini, ermənilərin isə bu işdə ona yardım etdiyini bildirmişdi.

Z.Ata isə Fidanın ittihamları təkzib edir. Eləcə də Fidan Türksoyun Facebook-dakı səhifəsi deaktivasiya edilib. Ola bilsin ki, xanım bu cür ajiotajın yaranacağını ehtimal etməmişdi. Ona görə də öz profilini silmək qərarına gəlib. Lakin Fidanın Tvitter-dəki profili uzun müddət yenilənməsə də hələ açıqdır.

Qeyd edək ki, daha əvvəl də F.Türksoy ermənilərlə dostluğa görə tənqid olunmuşdu. Fidan isə erməni dilinin internet vasitəsilə öyrəndiyini, ermənilərin isə bu işdə ona yardım etdiyini bildirmişdi. O da əvəzində ermənilərə Azərbaycan dilini öyrədir.