Naxçıvan sakinləri xeyli sayda silahı polisə təhvil veriblər
Sosial 11 Yan 2018 13:06:10 71 0
Daxili işlər orqanları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi tədbirlərini davam etdirir
Bu xəbəri də oxu: Sabaha olan hava proqnozu açıqlanıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mütəmadi aparılan hüquqi maarifləndirmə tədbirləri və izahedici söhbətlər nəticəsində ötən gün vətəndaşlar xeyli sayda silahı polis orqanlarına təhvil veriblər.
Belə ki, Sumqayıt şəhər sakini Bəyim Yusifzadə 1 ədəd “Makarov” markalı tapançanı, Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini Əfqan Məmmədov, Sədərək kənd sakini Tural Əlizadə, Ordubad şəhər sakini Ümüd Mustafayev, Biləv kənd sakini Xanəli Quliyev, Parağa kənd sakini Əmrah Həmidli tapdıqları nömrələri silinmiş ümumilikdə 4 ədəd “İJ” və 1 ədəd “Ortsan” markalı tüfəngləri, Ağdaş rayon sakinləri Natiq Qasımov, Süleyman Abidov və Mehman Osmanov isə “İJ” markalı 3 tüfəngi könüllü olaraq rayon polis şöbələrinə təhvil veriblər.
Şəmkir rayonunun Keçili kəndi ərazisində polis əməkdaşları tərəfindən 1 ədəd “Karabin” tipli qundağı və lüləsi kəsilmiş tüfəng, 3 ədəd patron darağı və 238 ədəd müxtəlif çaplı patron tapılıb.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qaroğlan kənd sakini Elməddin Həbilovdan 1 ədəd “İJ-16” markalı tüfəng, Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları isə İmişli rayon sakini Əhməd Hüseynovdan sənədsiz “İJ” markalı ov tüfəngi götürüblər.
Silahlar aidiyyatı üzrə təhvil verilib.
"Norwegian Breakaway" səyahət laynerinin sərnişinlərindən biri g

"Dünya" TV-nin çəkiliş qrupu qəzaya düşüb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndir

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamentinin Azər

Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə q

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departam

Türkiyədə Rusiyanın keçmiş səfiri Andrey Karlovun qətlinin təşkilində

2017-ci il dekabrın 31-nə olan məlumata əsasən Gürcüstanın Azərbaycana

"Bayern Munich"in sabiq qapıçısı Oliver Kan klubun öz məşq&cced

Yunanıstanın paytaxtı Afinada nəqliyyat işçiləri, dənizçilər və həki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müda

ABŞ Dövlət Departamenti vətəndaşlarını Dağlıq Qarabağa səfər etməm

Azərbaycanın güclü ordusu var və güclənməkdə davam edəcək.
