Karlovun qətlini təşkil edən kim olub? Saxlanıldı


Dünya 11 Yan 2018 12:56:00 261 0

Karlovun qətlini təşkil edən kim olub?  Saxlanıldı

Türkiyədə Rusiyanın keçmiş səfiri Andrey Karlovun qətlinin təşkilində şübəhli bilinən şəxs polis tərəfindən saxlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu, V.K.A adlı şəxsin ikinci həbsidir. Belə ki, bir müddət əvvəl o, Fəthulla Gülən hərəkatına yaxın olmaqda təqsirləndirilmiş və bu səbəbdən saxlanılmışdı.

Qeyd edək ki, A.Karlov 2016-cı ilin dekabrında Ankarada sərgi zamanı qətlə yetirilmişdi. Onu keçmiş polis əməkdaşı odu silahdan qətlə yetirmişdi.