İranda dörd yeni zəlzələ olub


Dünya 11 Yan 2018 12:58:55 245 0

İranda dörd yeni zəlzələ olub

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur

Yanvarın 11-də İran ərazisində 4,9 - 5,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ Geologiya Xidmətinin saytında məlumat verilib.

Biri Mehran, ikisi Mandali (İranla sərhəd İraq ərazisi), biri Kərmanşah vilayətində olmaqla ümumilikdə 4 zəlzələ ocağı qeydə alınıb.

Ən güclü zəlzələ 5,4 bal gücündə Mehran vilayətində olub, zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə heç bir məlumat yoxdur.