Kan "Bayern Munich"ə məşqçi yetişdirməyi təklif edib


İdman 11 Yan 2018 12:53:00 240 0

Kan "Bayern Munich"ə məşqçi yetişdirməyi təklif edib

"Bayern Munich"in sabiq qapıçısı Oliver Kan klubun öz məşqçisini yetişdirməyi məqsədəuyğun hesab edir. Goal.az xəbər verir ki, veteran qolkiper "Real"ın Zidana etimad göstərməsini nümunə kimi gətirib.

"İndiyə qədər klubun məşqçi siyasəti ondan ibarətdir ki, uğur qazanmış mütəxəsislərə etimad göstərilsin. İstərdim ki, "Bavariya" aşağı yaş qruplarında çalışan və tədricən əsas komandaya yaxınlaşan öz məşqçisini yetişdirsin. "Real" bir neçə il Zidana məşqçi kimi inkişaf etmək imkanı verdi. Daha sonra onu əsas komandanın sükanı arxasına gətirdi. Planlı iş bəxt gətirməsini qabaqlayır. Bəzən bəxt gətirir, Lui van Qaal və Qvardiola ilə olduğu kimi. Amma Ançelottinin vəziyyəti də ortaya çıxa bilər".