Havaların soyuması sosial sığınacaqları gündəmə gətirdi (ÖZƏL)


Digərləri 11 Yan 2018 12:51:00 224 0

Havaların soyuması sosial sığınacaqları gündəmə gətirdi (ÖZƏL)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaradılmış Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində 32 nəfər stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.

Bakı. Samir Əli - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaradılmış Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində 32 nəfər stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur. Bu barədə Trend-ə nazirliyin Mətbuat xidmətinin rəhbəri Elman Babayev məlumat verib.