Afinanın "qara günləri" başlayır, çünki...


Digərləri 11 Yan 2018 12:52:00 208 0

Afinanın "qara günləri" başlayır, çünki...

Yunanıstanın paytaxtı Afinada nəqliyyat işçiləri, dənizçilər və həkimlər yanvarın 12-də tətil elan edib

Bakı. Yunanıstanın paytaxtı Afinada nəqliyyat işçiləri, dənizçilər və həkimlər yanvarın 12-də tətil elan ediblər. Trend-in məlumatına görə, tətilə Yunanıstan Parlamentinin lehinə səs verməyə hazırlaşdığı qanun layihəsi səbəb olub. Yeni qanun layihəsinə əsasən, sakinlərin tətil hüququ azaldılır və borclu şəxslərin evlərinin satışa çıxarılması üçün hərracların səlahiyyəti artırılır.