Məşhur döyüşçü və milyarder səhnədə soyundular VİDEO FOTO


Digərləri 11 Yan 2018 12:36:00 254 0

Məşhur döyüşçü və milyarder səhnədə soyundular  VİDEO  FOTO

İrlandiyanın paytaxtı Dublində keçirilən "Pendulum Summit"də məşhur döyüşçü Konan MakQreqorla milyarder Riçard Brenson səhnədə "döyüşüblər".

Son.az Daily Mail-ə istinadən bildirir ki, Dublindəki "Convention Centre"in səhnəsində 29 yaşlı UFC çempionu ilə 67 yaşlı milyarder köynəkləri çıxararaq qarşılaşıblar.

Biznes-liderlərin sammitində Konan MakQreqora "İdmanda və biznesdə əldə etdiyi uğurlara görə yaşam mükafatı" verilib.

"Mükafatı almaq üçün səhnədə köynəyini soyunmalı, mənimlə qarşılaşmalısan", - ser Riçard Brenson məşhur döyüşçüyə gülərək deyib.

7 min iş adamının qatıldığı "Pendulum" sammitinin iştirakçıları arasında Facebook-un sahibi Mark Zukerberqin bacısı Rendi Zukerberq də var.


Xəbərə aid fotolar