"Barcelona"dan növbəti transfer


İdman 11 Yan 2018 12:18:00 205 0

"Barcelona"dan növbəti transfer

"Barcelona" növbəti transferini reallaşdırıb. Goal.az xəbər verir ki, katalonlar "Palmeiras"dan Eri Minanın transferini həll edib. Yanvarın 12-də təqdim olunacaq kolumbiyalı futbolçu 4 illik müqaviləyə imza atıb. Minann buraxılış qiyməti 100 milyon avro təşkil edəcək. "Palmeiras" transferə görə bonuslarla birlikdə 12.3 milyon avro qazanacaq.

"Barcelona" Minanı mövsümü sonunda transfer etməyi planlaşdırmışdı. Amma Samuel Umititinin zədələnməsi və Xavyer Maskeranonun qeyri-müəyyən gələcəyi rəhbərliyi hadisələri tələsdirməyə vadar etdi.