Ötən il 26 mindən çox "Elektron imza" sertifikatı istifadəyə verilib


Digərləri 11 Yan 2018 12:23:00 221 0

Ötən il 26 mindən çox "Elektron imza" sertifikatı istifadəyə verilib

2017-ci ildə 26 mindən çox “Elektron imza” sertifikatı istifadəyə verilib.

Bakı. 2017-ci ildə 26 mindən çox “Elektron imza” sertifikatı istifadəyə verilib. Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorundan məlumat verilib. Artıq 5 ildən çoxdur ki, tətbiq olunan “Elektron imza” virtual məkanda proses iştirakçılarının şəxsiyyətini müəyyənləşdirir, elektron sənəd mübadiləsinin təhlükəsiz və çevik icrasını təmin edir. “Elektron imza”nın üstünlüklərinə vaxta qənaət, məxfilik, rahatlıq, inkaredilməzlik, işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsi daxildir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan ünvana çatdırıla bilər. Elə buna görə də, “Elektron imza”dan istifadə göstəricisi artmaqdadır. Belə ki, 2017-ci ildə dövlət qurumlarına 9,724, fiziki şəxslərə 7,412, hüquqi şəxslərə isə 9,552 olmaqla, ümumilikdə 26,688 “Elektron imza” sertifikatı istifadəyə verilib. Bu da 2016-cı il ilə müqayisədə 3,648 sertifikat sayı çoxdur.