Soyğunçuluq edən keçmiş məhkum narkotiklə yaxalandı


Digərləri 11 Yan 2018 12:03:00 201 0

Soyğunçuluq edən keçmiş məhkum narkotiklə yaxalandı

Soyğunçuluq edən keçmiş məhkum narkotiklə yaxalandı.

Bakı. Yanvarın 10-da Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın naməlum şəxsin onun mobil telefonunu açıq talama yolu ilə almasını bildirib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa vaxtda müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Zöhrab Əmiraslanov olması müəyyən edilib. Baxış zamanı onun üzərindən narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.