Azərbaycanda tarix və mədəniyyət qoruqlarının yarım milyona yaxın ziyarətçisi olub


Digərləri 11 Yan 2018 11:55:00 199 0

Azərbaycanda tarix və mədəniyyət qoruqlarının yarım milyona yaxın ziyarətçisi olub

Ötən il Azərbaycanda tarix və mədəniyyət qoruqlarının 480 mindən çox ziyarətçisi olub.

Bakı. Elçin Mehdiyev - Ötən il Azərbaycanda tarix və mədəniyyət qoruqlarının 480 mindən çox ziyarətçisi olub. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, yerli vətəndaşların və xarici turistlərin ən çox üz tutduğu məkanlar arasında Qobustan Milli Tarixi-Bədii Qoruğu ön sırada dayanır. Belə ki, 2017-ci ildə Qobustan qayaüstü rəsmlərini, minilliklərin daş yaddaşını görmək üçün buraya 80 126 turist gəlib. Onların 39 561-i xarici ölkə vətəndaşıdır. Əcnəbi ziyarətçilər 20-dən artıq ölkədən, o cümlədən Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, ABŞ, İndoneziya, Qazaxıstan və ərəb ölkələrindən gəliblər. Qeyd edək ki, 2016-cı ildə qoruğu 65 min nəfərdən çox turist ziyarət etmişdi.