Elza İbrahimovanın anım mərasimi keçirilib FOTO


Kriminal 11 Yan 2018 11:33:00 276 0

Elza İbrahimovanın anım mərasimi keçirilib  FOTO

Bəstəkar, xalq artisti Elza İbrahimovanın doğum günü olub. Bu münasibətlə mədəniyyət və incəsənət xadimləri II Fəxri xiyabana yollanaraq bəstəkarın məzarını ziyarət ediblər. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, anım mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bəstəkarın həyat və fəaliyyətindən danışıb.

Nazir müavini qeyd edib ki, Elza İbrahimova Azərbaycan bəstəkarlıq məktəbinin parlaq ulduzlarından biridir: 

"Elza İbrahimova 1938-ci il yanvar ayının 10-da Hacıqabul rayonunda ziyalı ailəsində anadan olub. İlk musiqi təhsilini Bakı şəhərində 8 nömrəli musiqi məktəbində alıb. 1953-1957-ci illərdə Asəf Zeynallı adına Musiqi kollecində oxuyub. 1957-1964-cü illərdə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında böyük bəstəkar Qara Qarayevin sinfində təhsilini davam etdirib".


Xəbərə aid fotolar