XİN: Fransa həmsədr ölkə olaraq qondarma rejim təmsilçilərinin Ermənistan pasportları ilə ölkəsinə daxil olmasının qarşısını almalıdır


Digərləri 11 Yan 2018 11:36:00 222 0

XİN: Fransa həmsədr ölkə olaraq qondarma rejim təmsilçilərinin Ermənistan pasportları ilə ölkəsinə daxil olmasının qarşısını almalıdır

Fransa tərəfi ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçilərinin Şenqen viza qaydalarını pozaraq Ermənistanın diplomatik pasportları ilə Fransa ərazisinə daxil olmasının qarşısını almaq üçün zəruri tədbirlər görməlidir.

Bakı. Fransa tərəfi ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçilərinin Şenqen viza qaydalarını pozaraq Ermənistanın diplomatik pasportları ilə Fransa ərazisinə daxil olmasının qarşısını almaq üçün zəruri tədbirlər görməlidir. Bunu Trend-in sorğusuna cavab olaraq XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qondarma rejimlə əlaqədar Fransada keçirilən tədbirlərlə bağlı bildirib. XİN rəsmisi deyib ki, 2 iyul 2015-ci ildə Fransa hökuməti tərəfindən xarici işlər və daxili işlər nazirlikləri səviyyəsində yerli prefekturalar və ali komissarlara sirkulyar təlimat göndərilib: