Kanada dolları və Meksika pesosu ucuzlaşıb


İqtisadiyyat 11 Yan 2018 11:20:11 253 0

Kanada dolları və Meksika pesosu ucuzlaşıb

Ekspertlər: Proteksionist qərarlar qlobal ticarəti zəiflədəcək

Dünən ABŞ-da birjaların bağlanmasına yaxın hökumətdən gələn açıqlamalar Kanada dolları və Meksika pesosunu sərt ucuzlaşdırıb. "Report" xəbər verir ki, "Reuters" agentliyi ABŞ-ın yaxın zamanda NAFTA-dan (Şimali Amerika sərbəst ticarət zonası) ayrılacağı ilə bağlı xəbər yayıb.

Nəticədə, Kanada dolları 0,8%, Meksika pesosu isə 1,5% ucuzlaşıb. CAD/USD məzənnəsi 1,2490-dən 1,2580-ə, MXN/USD isə 19,1-dən 19,4-a çatıb.

Kanada hökuməti ABŞ-ın NAFTA-dan ayrılacağına əmin olduğunu, bu qərarın önəmli olmasına baxmayaraq, iki ölkə arasında ticarətin davam edəcəyini və görüşlərə hazır olduğunu bildirib.

Xatırladaq ki, beynəlxalq maliyyə təşkilatları 2018-ci ildə qlobal iqtisadiyyat üçün risklər arasında proteksionist qərarları da sadalayıblar. ABŞ-ın NAFTA-dan çıxması durumunda Şimali Amerikada ticarət dövriyyəsinin zəifləməsi gözlənilir.