Əfsanəvi aktyor Trampı təhqir etdi


Digərləri 11 Yan 2018 11:28:00 224 0

Əfsanəvi aktyor Trampı təhqir etdi

"Bizim ən məşhur uşağımız, əsas yaramaz kütləvi informasiya vasitələrini mühasirəyə alıb, medianı ələ salır. O, medianı həyasız hücumlar və yalanla gözdən salmağa çalışır".

Son.az CBS-ə istinadən bildirir ki, dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Robert De Niro Nyu-Yorkda keçirilən "National Board of Review Annual Awards Gala"da tanınmış aktrisa Meril Stripdən mükafatı alarkən belə deyib.

74 yaşlı aktyor çıxışında daha sonra ABŞ prezidenti Donald Trampın və onun administrasiyasının kütləvi informasiya vasitələrinə hücumlarını Birləşmiş Ştatların sabiq dövlət başçısı Riçard Niksonun davranışı ilə müqayisə edib.

R.Niksonun prezidentliyi Uotergeyt qalmaqalı və istefa ilə nəticələnmişdi.

"Bu lənətə gəlmiş sarsaq bizim prezidentimizdir. O, axmaqdır. Ölkənin ali baş komandanı yaramazdır", - Robert de Niro daha sonra mükafat alan Meril Stripin yanında durarkən deyib.


Xəbərə aid fotolar