Rusiyada ağır qəza:


Dünya 11 Yan 2018 11:05:00 185 0

Rusiyada ağır qəza:

Rusiyanın Novosibirsk vilayətində baş verən yol-nəqliyyat hadisəsi zamanı 6 nəfər ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə baş idarəsi məlumat yayıb.

İki avtomobilin toqquşması nəticəsində daha 3 nəfər xəsarət alıb.

İlkin ehtimala əsasən, avtomobillərdən biri magistral yolda hərəkətdə olarkən qarşı yola çıxıb və əks istiqamətdə hərəkət edən avtomobilə çırpılıb.