DƏMX işçilərin istirahət vaxtı və məzuniyyət hüquqlarına dair seminar keçirib (FOTO)


Digərləri 11 Yan 2018 11:04:00 191 0

DƏMX işçilərin istirahət vaxtı və məzuniyyət hüquqlarına dair seminar keçirib (FOTO)

Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərin istirahət vaxtı və məzuniyyət hüquqlarına dair seminar keçirib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin tətbiqi ilə bağlı məlumatlandırma və təbliğat işlərinin aparılmasına dair 2018-ci il üçün Tədbirlər Planına əsasən “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda seminar keçirib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbir Xidmətin 23 saylı region (Bakının Xətai və Suraxanı rayonları) üzrə Dövlət Əmək Müfəttişliyində təşkil olunub. Bakının Xətai və Suraxanı rayonları üzrə işəgötürənlərin iştirakı ilə keçən seminarda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər arasında əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı məlumatlandırma işlərinin cari ildə davam etdiriləcəyi vurğulanıb. Hazırda təşkil olunan seminarın işçilərin istirahət vaxtı və məzuniyyət hüquqları ilə bağlı məlumatlandırma məqsədi daşıdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin ayrıca bir bölməsi istirahət vaxtı və işçilərin məzuniyyət hüquqlarına həsr olunub və işəgötürənlərin əsas vəzifələrindən biri - işçilərin bu hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələblərinin yerinə yetirilməsidir.